Neftçinin sabiq qapıçısı Yaponiya klubunda
"Neftçi"nin sabiq qapıçısı Conni Leoni özünə yeni klub tapıb. İsveçrə yığmasının keçmiş qolkiperi bundan sonra karyerasını Yaponiyada davam etdirəcək.

Belə ki, o, bu ölkənin "Naqano Parseyro" klubu ilə anlaşıb.

Qeyd edək ki, Leoni "Neftçi"yə 2013-cü ilin fevral ayında gəlmişdi. Amma o, bu komandada heç bir oyun keçirmədən, dörd ay sonra müqaviləyə xitam verərək, Portuqaliyanın "Maritimo" klubuna keçmişdi.

Xəbər 756 dəfə oxundu.