Toğrul Əsgərov: Hədəfim ikiqat Olimpiya çempionu olmaqdır
Məşqlər aylardır intensiv şəkildə davam edir. Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Hər şeylə təmin olunmuşuq. Arzumuz Rio-de-Janeyrodan Vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır.

Bu sözləri Avropa və Olimpiya çempionu, həmçinin ilk Avropa Oyunlarının qalibi Toğrul Əsgərov mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Olimpiya çempionu hədəfini də açıqlayıb: “Ölkəmizdə ikiqat Olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də səylə çalışırıq”.

Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları bu il avqustun 5–dən 21-dək keçiriləcək.

Xəbər 800 dəfə oxundu.