Bu gün UEFA Avropa Liqasında dörddəbir finala yekun vurulacaq
Bu axşam Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.

Eyni vaxtda başlayacaq dörd qarşılaşma ilə bütün yarımfinalçıların adlarına aydınlıq gələcək. Gecənin mərkəzi qarşılaşması “Liverpul”la “Borussiya” arasında oynanılacaq. İlk oyunda hərəyə bir qol vuraraq bərabərliyə razılaşan tərəflər bu dəfə kimin güclü olmasına aydınlıq gətirəcəklər. Türkiyəli hakim Cüneyt Çakırın idarə edəcəyi qarşılaşma futbol ictimaiyyəti tərəfindən erkən final olaraq da dəyərləndirilir.

İspan duelində “Sevilya” klubu Bilbaonun “Atletik” komandasını qəbul edəcək. Meydan sahibləri bu oyuna səfərdə qazandığı 2:1 hesablı üstünlüklə çıxacaq.

Portuqaliyanın “Braqa” komandası Ukrayna “Şaxtyor”u ilə üz-üzə gələcək. Mirça Luçeskunun komandası səfərdə qazanmiş 2:1-lik üstünlüyü əldən buraxmaq fikrində deyil.

İspaniyanın turnirdəki daha bir təmsilçisi “Vilyareal” isə Çexiyada “Sparta”nın qonağı olacaq. Komandalar arasında ilk görüş İspanların 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 627 dəfə oxundu.