Röya AÇ-2016-nın təbliğat tədbirində
Xəbər verdiyimiz kimi, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Bu gün çempionatın səfiri, əməkdar artist Röya Ayxan YTK üzvləri ilə birgə Xətai rayonundakı 55 və 202 saylı orta məktəblərdə olub, şagirdlərlə UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə danışıb, onlara avtoqraf verib.

Xəbər 747 dəfə oxundu.