Messi ötən il ən çox qazanan futbolçu olub
France Football jurnalının verdiyi xəbərə görə, “Barselona”nın argentinalı hücumçusu Lionel Messi ötən il ən çox qazanan futbolçu olub. Maaş, sponsor gəlirləri və bonuslarla birlikdə onun illik qazancı 74 milyon avro təşkil edib. Bu, ulduz futbolçunun 2014-cü ildəki qazancından 9 milyon avro çoxdur.

Siyahıda bir il əvvəlki ilk üçlük dəyişməz qalıb. Messidən sonrakı yerləri “Real” (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo (67,4 milyon avro) və “Barselona”nın braziliyalı hücumçusu Neymar (43,5 milyon avro) tutub.

Ötən ilin dekabr ayında Londonun “Çelsi” klubundan ayrılan portuqaliyalı Joze Maurinyo isə 24 milyon avro ilə 2015-ci ildə ən çox qazanan baş məşqçi olub.

Xəbər 711 dəfə oxundu.