Qəbələ Rəvanla matçın hazırlığına start verdi
“Qəbələ” Topaz Premyer Liqasının 30-cu turunun “Rəvan”la oyununun hazırlığına start verib. Ötən turun “Sumqayıt”la aprelin 9-da səfərdə keçirilən qarşılaşmasının ertəsi gün məşq edib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.

Ötən gün komanda üzvləri məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışma ilə davam edib. “Qəbələ”nin məşqində zədəli Dodo istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri növbəti məşqini bu gün, günün ikinci yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” – “Rəvan” oyunu aprelin 15-də keçiriləcək. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq.

Xəbər 665 dəfə oxundu.