"Neftçi" – "Qarabağ" oyunu saat 16:00-da başlanacaq
Topaz Premyer Liqasının XXX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” matçının başlanma saatı açıqlanıb. Aprelin 16-da "Bakcell Arena”da baş tutacaq görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun bundan bir gün əvvəl "Bayıl Arena”da keçiriləcək və saat 13:30-da başlanacaq.

Xəbər 835 dəfə oxundu.