Mini futbol çempionatının birinci mərhələsinə yekun vurulub
Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən məktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatının birinci mərhələsi (rayon mərhələsi) başa çatıb.

Birinci mərhələnin oyunlarına Bakı şəhəri üzrə 15 ümumi təhsil və iki idman məktəbi ev sahibliyi edib. Olimpiya sistemi üzrə keçirilən bu mərhələdə Bakı şəhərindəki 305 məktəbdən 3 min 660 şagird mübarizə aparıb.

Yarışda paytaxtın rayonları üzrə birinci və ikinci yerləri tutan 24 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələdə komandalar püşkatma yolu ilə dörd yarımqrup üzrə mübarizəni davam etdirəcək. Bu mərhələ aprelin 18-də start götürəcək. Yarımqrup oyunları Bakı şəhərindəki 21, 53, 248 və 267 nömrəli orta məktəblərin idman meydançalarında keçiriləcək.

Xəbər 818 dəfə oxundu.