Qəbələdən ikinci MMA seriya yarışı
“MMA FIGHTING SERİES” seriya yarışları davam edir. İkinci yarış aprelin 14-də "Qafqaz Baku Sport Otel"də baş tutacaq.

Turnir "Qəbələ" İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.

Sabah - aprelin 13-də, saat 11:30-da "TT Fight Club"da çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçiriləcək. Bütün media nümayəndələri dəvətlidir.

Ünvan: Dilarə Əliyeva 156. Azərbaycan Milli Bankının yaxınlığı, Jazz Clubun arxası.


Xəbər 841 dəfə oxundu.