Kəpəz Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 30-cu turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. Komanda Bakıda məşq edir.

“Sarı-göylər” aprelin 15-də Nizami yurduna gələcək. Komanda həmin gün matçın keçiriləcəyi şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, “Kəpəz” – “İnter” görüşü aprelin 16-da saat 13:30-da başlayacaq. Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər 677 dəfə oxundu.