Hər biri 59 min ABŞ dolları mükafat alacaq
Tarixi ərzində ilk dəfə Millətlər Kubokunun qalibi olan Zambiya milli komandasının uğuru dövlət tərəfindən yüksək qiymətləndirilib. İdman.com.az saytının məlumatına görə, finalda Fil Dişi Sahili yığmasını oyun sonrası penaltilərdə məğlub edən zambiyalı futbolçuların hər biri hökumət tərəfində 59 min ABŞ dolları mükafat alacaqlar.

Bununla yanaşı, onların hər biri ölkə prezidenti ilə ünsiyyət qurmaq imkanı qazanacaqlar. Belə ki, Zambiya başçısı milli komandanın bütün üzvlərini öz rəsmi iqamətgahında qəbul edəcək.

Ölkənin idman naziri Fakson Şamenda bildirib ki, bu məbləğ sponsor ödənişlərini özündə əks etdirmir: “Onlar sonradan gəlməlidir. Qeyd edirəm ki, bu pulu birbaşa dövlət ayırıb”.

Xəbər 971 dəfə oxundu.