Futzal üzrə Azərbaycan millisi Hollandiya yığması ilə cavab qarşılaşmasına çıxacaq
Aprelin 12-də futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulacaq.

Bu mərhələdə Azərbaycan millisi doğma meydanda Hollandiya ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Oyunun birinci hakimi avstriyalı Cerald Baurnfeind olacaq. İkinci və üçüncü hakim funksiyasını ukraynalı Oleq İvanov və israilli Moşe Bohbot yerinə yetirəcəklər.

Səfərdə 5:1 hesab ilə qələbə qazanan Tino Peresin yetirmələrinin Kolumbiyada keçiriləcək çempionata vəsiqə qazanmaq şansı çox yüksəkdir. Bu, komandamızın bəzi üzvləri üçün dünya çempionatına yollanmaq baxımından son şansdır. Bu göstərici yığmanın aparıcı üzvləri üçün əlavə stimuldur.

Xatırladaq ki, indiyədək dünya birinciliyində təmsil olunmayan millimiz dörd il əvvəl pley-offda Rusiyaya uduzaraq bu şansı əldən qaçırıb.

Xəbər 675 dəfə oxundu.