Millimiz Makedoniya yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcəyi dəqiqləşib.

Millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, milli komandanın hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoxlama oyunu nəzərdə tutulur.

Xəbər 682 dəfə oxundu.