Aynur Kərimova: Çalışdıq ki, yaxşı çıxış edək
“Mən daha öncə “Azərreyl”də çıxış edirdim. Lakin burada daimi əsas heyətdə yer almırdım. “Azəryolservis”də isə həmişə meydanda oluram və təcrübəmi daha da artırıram”. İdman.com.az saytının məlumatına görə, bunu “Azəryolservis”in voleybolçusu Aynur Kərimova deyib.

Azərbaycan milli komandasının da şərəfini qoruyan Kərimova Super Liqanın IX turunda “Azərreyl”ə məğlubiyyətdən sonra görüş barədə fikirlərini açıqlayıb: “0:3 hesabı uduzmağımıza baxmayaraq, məşqçilərimiz lazımı göstərişləri verirdi. Çalışdıq ki, yaxşı oynayaq və onların dediklərini həyata keçirək. Lakin sonda uduzduq. Biz debütant olsaq da, yaxşı oyun nümayiş etdirmək istəyirik. Bunun isə oyundan-oyuna özünü göstərəcəyinə inanıram”.

Xəbər 1150 dəfə oxundu.