Rafael Ağayev beynəlxalq turnirin birincisi olub
Karateçilərimiz Dubayda keçirilən Karate1 Premyer Liqa turnirində iki mükafat qazanıblar.

Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanın kapitanı Şahin Atamov (+84 kq) isə turniri gümüş medala başa vurub. Bu nəticə ilə Azərbaycan karateçiləri beşinci yeri tutublar. Ümumi mükafat fondu 100 min ABŞ dolları olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.

Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci “Bakı Open” beynəlxalq turniri gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransada təşkil ediləcək Avropa çempionatına qatılacaq.

Xəbər 685 dəfə oxundu.