Françesko Toldo: Azərbaycan U-17 Avropa çempionatına yüksək səviyyədə hazırlaşır
Azərbaycan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə yüksək səviyyədə hazırlaşır. Bunun üçün Azərbaycana təşəkkür edirəm.

Bunu 17 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda təşkil olunan püşkatma mərasimində iştirak edən İtaliya millisinin sabiq qapıçısı, məşhur futbolçu Françesko Toldo deyib.

Azərbaycanda futbolun sürətlə inkişaf etdiyini deyən F.Toldo ölkəmizdə idmanın bu növü üzrə investisiya qoyulmasının təqdirəlayıq addım olduğunu vurğulayıb. Çempionatın favoriti kimi, Portuqaliya və Almaniya millilərini qeyd edən sabiq qolkiper deyib: “Mən İtaliya yığmasının da uğur qazanacağına ümid edirəm. İtaliya millisinin güclü baş məşqçisi var. İtaliya çox çətin qrupa düşüb. Burada ölkəmizin ən yaxşı gənc futbolçuları çıxış edəcəklər”.

Avropa çempionatının səviyyəsinin artdığını deyən F.Toldo bütün yığma komandaların xeyli gücləndiyini qeyd edərək bildirib: “Komandalar finala yüksəlmək üçün ciddi hazırlaşıblar. “Bu, aşağı yaş qrupları arasında çempionatdır. Gənclər arasında çempionat olmasına baxmayaraq, burada iştirak edən futbolçular beynəlxalq səviyyədə tanınacaqlar”.

Xəbər 790 dəfə oxundu.