Emil Balayevi daha bir əməliyyat gözləyir
Almaniyanın "Ayntraxt" klubunun azərbaycanlı qapıçısı Emil Balayev yenidən sıradan çıxıb. O, son məşqlərin birində dizindən zədə alıb.

Azərbaycanlı futbolçu buna görə əməliyyat olunmalıdır. Əslində, zədənin çox da ciddi olmadığı bildirilir. Lakin Emil buna görə bir müddət futbol oynaya bilməyəcək.

Qeyd edək ki, ötən ili zədə səbəbiylə buraxmalı olan Balayev yanvar ayından sonrakı dövrdə də məşqçilər korpusunun etimadını qazana bilməyib.

Xəbər 694 dəfə oxundu.