Olimpiya çempionu Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 7 Azərbaycan təmsilçisinin adı var.

5-ci dəfə Avropa çempionu tituluna yiyələnən Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib. Avropa çempionatının 60 kq çəkidə bürünc medalına yiyələnən Yuliya Ratkeviç 58 kq çəkinin reytinq siyahısında bir pillə yüksələrək 5-ci olub. Ötən ayın reytinq siyahısında 55 kq çəkidə 9-cu mövqedə qərarlaşan Avropa çempionatında 58 kq-da qızıl medal qazanan Nataliya Sinişin 7-ci sıraya yüksəlib.

U-23 Avropa çempionatının qalibi Tatyana Omelçenko (60 kq) da reytinqdəki mövqeyini yaxşılaşdırıb. 10 pillə yüksələn Azərbaycan təmsilçisi 9-cu sırada qərarlaşıb.

Azərbaycan güləşçilərindən ilk iyirmilikdə həmçinin Anjela Doroqan, Alyona Kolesnik və İrina Netreba da yer alıblar. Belə ki, Anjela Doroqan (53 kq) – 8-ci yer, İrina Netreba (60 kq) – 16-cı yer və Alyona Kolesnik (55 kq) – 18-ci yerlərdə qərarlaşıblar.

Xəbər 697 dəfə oxundu.