Təbrizin “Səhənd” stadionunda “Qarabağ” şüarları
Asiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Təbrizin “Traktorsazi” klubu evdə Özbəkistanın “Paxtakor” klubunu qəbul edib. “Traktorsazi” 2:0 (Auqusto Dos Santos, 59. Saed Ağaei, 92) hesablı qələbəyə sevinib. Bu qalibiyyətlə xallarının sayını 9-a yüksəldən Təbriz təmsilçisi 1-ci pillədəki mövqeyini daha da möhkəmləndirib. Bununla yanaşı, matç zamanı “Traktorsazi” azarkeşləri Qarabağdakı döyüşlərə də biganə qalmayıb. “Səhənd” stadionuna toplaşan 40 minlik yerli azarkeş “Qarabağ” bizimdir, bizim olacaq!” “Ya Qarabağ, ya ölüm” və “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiriblər.

Təbrizlilərin ikinci qoluna imza atan Saed Ağaeinin hərəkəti isə təqdirəlayiq qarşılanıb. 21 yaşlı futbolçu vurduğu qolun sevincini tribunalar tərəfə qaçaraq əsgər salamı ilə qeyd edib.

Xəbər 892 dəfə oxundu.