Azərbaycan boksçuları Rio-2016-ya lisenziya xarakterli turnirdə iştirak edəcəklər
Aprelin 9-da Türkiyənin Samsun şəhərində start götürəcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa yekun təsnifat turniri üçün Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

9 gün davam edəcək turnirdə 7 kişi və 3 qadın boksçunun iştirak edəcəyi gözlənilir.

Kişilərin turnirində Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidovun (91 kq-dan yuxarı) lisenziya uğrunda mübarizə aparacaqlar.

Qadın boksçularından isə rinqə Anaxanım Ağayeva (51 kq), Yana Alekseyevna (60 kq) və Yelena Vistropova (75 kq) çıxacaqlar.

Artıq kişilərin yarışında 52 kq, 60 kq və 69 kq çəkilərdə lisenziya qazanıldığından.

Qeyd edək ki, reqlamentə əsasən, Avropa təsnifat yarışlarında hər çəki dərəcəsində ilk üç yerin sahiblərinə lisenziya verilir.

Xəbər 887 dəfə oxundu.