Qəbələ Sumqayıtla oyunun hazırlığına start verdi
“Qəbələ” Topaz Premyer Liqasının 29-cu turunun hazırlığına start verib. “Qırmızı-qaralar” “Sumqayıt”la səfərdə keçiriləcək oyuna Bakıda hazırlaşır.

Son turun “İnter”lə görüşünün ertəsi gün məşq edib, ardından bir günlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. Ötən gün baş tutan məşqdə “Qəbələ” tam heyətlə hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən hazırlıqda bir müddət zədəli olan Dodo da komanda ilə çalışıb. Toplu məşqə üstünlük verən Roman Qriqorçukun yetirmələri bu gün da Bakıda hazırlıq keçəcək. Aprelin 8-də baş tutacaq oyunöncəsi son məşq isə Sumqayıtda gerçəkləşəcək.

Xatırladaq ki, aprelin 9-da keçiriləcək “Sumqayıt” – “”Qəbələ” matçı “Kapital Bank Arena”da baş tutacaq. Oyun saat 14:00-da start götürəcək. Qarşılaşmanı Ömər Paşayev idarə edəcək.

Xəbər 681 dəfə oxundu.