Futbol azarkeşləri Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayış etdiriblər
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını layiqincə alarkən şəhidlik zirvəsinə yüksələn igid Azərbaycan oğulları ölkəmizin hər bir bölgəsində anılır.

Bu gün futbol klublarının azarkeşlərinin iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçirilib. İki saata yaxın davam edən aksiyaya iki mindən çox azarkeş qoşulub. Birlik nümayiş etdirənlər sırasında “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Bakı” azarkeşləri və Azərbaycan komandalarını Avrokuboklarda dəstəkləyən fan-klublar da yer alıb.

Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlarla orduya dəstək olan gənclər, daha sonra elə şüar sədaları ilə Şəhidlər Xiyabanına üz tutublar.

Xəbər 764 dəfə oxundu.