Sumqayıtın məşqində şəhidlər anılıb
Növbəti turda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" istirahəti başa vurub. Komanda bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb.

Hazırlıq prosesindən öncə Samir Abasovun rəhbərlik etdiyi komanda son günlər cəbhə xəttində baş verən döyüşlərdə həyatını itirən şəhidlərimizi yad edib.

Ardınca komanda 1,5 saatlıq hazırlığa başlayıb. Qeyd edək ki, son turda "Zirə" ilə qarşılaşmada zədələnmiş Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa, əvəzedici komandadan 4 futbolçu - Mir Emil Həsənov, İlqar Hüseynov, Şahin Əliyev və İsmayıl Babayev də əsas komanda ilə hazırlaşıb.

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" oyunu aprelin 9-da "Kapital Bank Arena"da baş tutacaq və saat 14:00-da start götürəcək. Bu komandaların əvəzedici heyətləri isə bir gün əvvəl eyni məkanda saat 15:30-da üz-üzə gələcəklər.

Xəbər 747 dəfə oxundu.