Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan üzgüçüsü Maksim Şembeyev beynəlxalq lisenziya verən “Dubai International Aquatic Championship 2016” turnirində 1500 metr məsafədə bürünc medal qazanıb.

Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, üzgüçümüz bu nailiyyəti ilə “B” lisenziya normativini bir daha təsdiqləyib:

“Nəticələr qənaətbəxşdir. Çünki Maksim təlim-məşq toplantısından sonra məşq yükünü azaltmadan belə mötəbər turnirə qatılıb. Bu yanaşma Azərbaycan Üzgüçülük Federasiyasının və Üzgüçülük üzrə milli komandanın məşqçılər korpusunun strateji hazırlıq planına daxildir. Bizim üçün “Dubai International Aquatic Championship 2016” turniri ötəri xarakter daşiyir. Əsas hədəfimiz 25-29 may tarıxlərində Londonda keçiriləcək Avropa çempionatıdır və idmançılarımız bu yarışlarda yüksək nəticələr göstərməyə çalışacaqlar”, - deyə M. Rəhimov sözlərinə əlavə edib.

Xəbər 2267 dəfə oxundu.