Millimizin rəqibləri Dublində qarşılaşdı
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsində Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda daha bir oyun keçirilib. Millimizin qrupunun oyunlarına ev sahibliyi edən İrlandiya doğma meydanda Almaniya ilə qarşılaşıb.

Bu görüşün taleyini bir qol həll edib. Almaniya yığması qələbə qazanıb - 1:0.

Qeyd edək ki, ötən gün millimiz Polşa ilə qolsuz heç-heçəyə razılaşmışdı - 0:0.

Azərbaycan yığması sabah İrlandiya ilə qarşılaşacaq.

Xəbər 705 dəfə oxundu.