Zərdabda rayon birinciliyi keçirilib
Aprelin 3-də Zərdab rayonunda “Şahinlər” hərbi idman oyunun rayon birinciliyi keçirilib.

Gəlmə kənd tam orta məktəbin bazasında 200 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanması olub.

Yekun nəticələrə görə birinci yerə Gəlmə kənd Gəlmə kənd tam orta məktəb, ikinciyə şəhər 2 saylı, üçüncüyə şəhər 2saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 775 dəfə oxundu.