“SOCAR Energy Georgia” daha bir il Gürcüstan şahmatına sponsorluq edəcək
Gürcüstan Şahmat Federasiyası “SOCAR Energy Georgia” şirkəti ilə baş sponsorluq barədə saziş bağlayıb. İdman.com.az saytı azərTAc-a istinadən xəbər verir ki, müqaviləni “SOCAR”ın Gürcüstandakı nümayəndəsi Mahir Məmmədov və Gürcüstan Şahmat Federasiyasının prezidenti Giya Georqadze imzalayıblar.
Anlaşmada nəzərdə tutulmuş sponsor məbləği Gürcüstanda beynəlxalq şahmat turnirlərinin təşkilinə və bu ölkənin şahmatçılarının beynəlxalq turnirlərdə iştirakına sərf olunacaq.

“SOCAR Energy Georgia” və Gürcüstan Şahmat Federasiyası arasında baş sponsorluq barədə saziş artıq 4-cü dəfə imzalanır. Yeni sənədə əsasən, şirkət federasiyaya daha bir il sponsorluq edəcəkdir. Tərəflər arasında əməkdaşlıq 2008-ci ildən başlanmışdır. Bu dövr ərzində şirkət 850 min lari (1 dollar- 1,66 lari) vəsait ayırıb.

2010-cu ildə “SOCAR Energy Georgia” Batumidə keçirilmiş gənclər arasında Avropa çempionatına, 2011-ci ildə qadınlar arasında Avropa çempionatına sponsorluq edib. Bu il şirkət Peşəkar Şahmatçılar Assosiasiyasının qadınlar arasında Tiflisdə keçiriləcək superturnirinin sponsorudur.

Xəbər 948 dəfə oxundu.