Cüdo üzrə “Qəbələ İdman Klubu”nun açıq birinciliyi keçirilib
Cüdo üzrə 2003-2004 və 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında “Qəbələ İdman Klubu”nun açıq birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilati dəstəyi ilə Qəbələ rayonunda keçirilən və iki gün davam edən yarışda ölkəmizin müxtəlif bölgələrindən 215 cüdoçu bacarığını nümayiş etdirib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 2003-2004-cü illər təvəllüdlü cüdoçular arasında Teyyub Abdullayev (30 kq), İslam Hacıyev (34 kq), Aydın Rzayev (38 kq), Rahim Əzimzadə (42 kq), Nahid İsmayılov (46 kq), Əhməd Dəmirçiyev (50 kq) və Orxan Paşayev (+50 kq), 2005-2006-cı illər təvəllüdlü cüdoçular arasında isə Elnar Abdullayev (24 kq), Cəsur İbadlı (27 kq), Mahmud Bilalov (30 kq), Süleyman Şükürov (34 kq), Nicat Abduləzizov (38 kq), İbrahim Həmidov (42 kq) və Nihad Qaracayev (+42 kq) qalib adını qazanıblar.

Xəbər 926 dəfə oxundu.