Kəpəz məşqdə şəhidləri bir daha yad etdi
“Kəpəz” Topaz Premyer Liqasının 29-cu turunda qarşılaşacağı “Qarabağ” ilə oyunun hazırlığına bu gündən başlayıb. Komanda Bakıda məşq edir.

Hazırlıq prosesindən öncə cəbhədə baş verən hadisələr nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Erməni qəsbkarlarının əməlləri pislənilib, ordumuzun döyüş meydanında düşmənə layiqli şəkildə cavab verməsi fəxr hissi ilə qeyd olunub.

Cəbhədəki son vəziyyətlə bağlı legioner futbolçulara ətraflı məlumat verilib.

Xəbər 682 dəfə oxundu.