U-19 (qızlar) elit-raundda ilk oyununa çıxacaq
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək.

1-ci qrupda mübarizə aparacaq yığmamızın bugünkü rəqibi Polşa komandası olacaq. İrlandiyanın Dublin şəhərindəki Carlisle Grounds stadionunda, Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Ana Miniç (Serbiya)
Baş hakimin köməkçiləri: Danijela Stojanoviç (Serbiya), Olivia Sneyd (İrlandiya)
Dördüncü hakim: Deirdre Nolan (İrlandiya)
UEFA nümayəndəsi: Kadri Jagel (Estoniya)
Hakim-inspektor: İngrid Jonsson (İsveç)

Xəbər 918 dəfə oxundu.