“Heydər zirvəsi”nə yürüş üçün qeydiyyat başlayıb
Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüş təşkil olunacaq.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAİREX) bildiriblər ki, yürüş iştirakçıları milli parka giriş üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından (ödəmələrdən) azaddırlar.

Kütləvi yürüşdə iştirak etmək üçün aprelin 20-dək şəxsiyyət vəsiqəsinin surəti ilə Şahdağ Milli Parkına və ya FAİREX-ə müraciət olunmalıdır.

AZƏRTAC

Xəbər 711 dəfə oxundu.