Azərbaycan idmançıları döyüşməyə hazır olduqlarını bildirirlər
Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyası son günlər cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyası Qarabağda erməni təxribatına qarşı Milli Ordumuzun uğurlu əməliyyatlarını sevinc hissi ilə qarşıladığını və Azərbaycan hakimiyyətinin mövqeyini birmənalı şəkildə müdafiə etdiyini bildirir.

Federasiya üzvləri inanır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi mövqe işğalçı qüvvələrin torpaqlarımızdan tezliklə qovulması ilə nəticələnəcək. Federasiya üzvləri bu istiqamətdə Ali Baş Komandanın əmrinə uyğun olaraq istənilən vaxt ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə qoşulmağa, əzmkarlıq göstərməyə və düşməni məhv etmək üçün bütün gücünü səfərbər etməyə hazır olduğunu bəyan edir”.

Xəbər 565 dəfə oxundu.