İnterdən Kamran Ağayev açıqlaması
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən "Qəbələ" ilə səfər oyununda zədələnərək meydanı tərk edən "İnter"in qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib. Həkim müayinəsi zamanı Ağayevin ayağında hər hansı bir sınıq və çatın olmadığı, oynaqdaxili zədələmnə müşahidə olunub.

Hazırda təcrübəli qapıçının ayağına gips langet sarğısı qoyulub və ona iki həftə ayağını hərəkətsiz saxlamaq tövsiyə olunub.

Xəbər 693 dəfə oxundu.