Su polosu üzrə Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Su İdmanı Sarayında su polosu üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə MOİK-1, MOİK-2 AzDBTİA, İOEUGİM, Su İdmanı Sarayı və Bakı klublarını təmsil edən komandalar iştirak edib.

Yekun nəticələrə əsasən I yeri MOİK-1, II yeri İOEUGİM, III yeri isə Su İdmanı Sarayı komandaları tutub.

Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Xəbər 545 dəfə oxundu.