Aleksandr Starkov: Əsas məqsəd ilk “altılığ”dır
“Fikrimcə, komandamız çempionatın ikinci mərhələsinə yaxşı hazırlaşıb. Bir neçə mövqeyə səviyyəli futbolçular transfer etmişik. Buna görə də hər şey qaydasındadır". İdman.com.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib. Latviyalı çalışdırıcı klubun televiziyasına verdiyi müsahibədə sabah qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunub:

“Düşünürəm ki, futbolçuların öz ustalıq səviyyəsini göstərmələrinə heç nə mane olmayacaq. İlk görüşümüz isə Azərbaycan ən güclü komandalarından birinə qarşıdır. "Qarabağ"la oyunumuz çox maraqlı keçəcək. Doğma meydanda oynadığımız üçün qalib gələcəyimizə inanıram. İkinci mərhələyə qələbə ilə başlamaq üçün əlimizdən gələni edəcəyik”.

Əsas məqsədlərinin ilk “altılığ”a vəsiqə qazanmaq olduğunu deyən Starkov mümkün qədər çox xal toplamaq və liderlər sırasında qərarlaşmaq istəyir: “Bu artıq bir həqiqətdir ki, Azərbaycan çempionatında zəif komanda yoxdur. Hər bir komanda ilə hesablaşmaq lazımdır. Təbii ki, hazırkı rəqibimiz çox güclüdür. Ancaq komandam da zəif deyil və bizim yaxşı oyunçularımız var”.

Xəbər 1030 dəfə oxundu.