“Qəbələ” – “İnter” matçında qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqasında IV dövrənin oyunları yekunlaşıb.

XXVIII turun son görüşü Qəbələdə keçirilib. Ötən mövsümün mükafatçıları olan “Qəbələ” - “İnter” duelində qalib müəyyənləşməyib-0:0. İlk “beşlik”də qərarlaşan və son turlarda üç məğlubiyyət alan meydan sahibləri yenə xal itkisi ilə üzləşib.

Heç-heçə sayəsində xalını 42-yə çatdıran Roman Qriqorçukun komandasının beşinci pillədə mövqeyi dəyişməyib. Oyundan bir xalla dönən paytaxt təmsilçisi isə 45 xalla ilk “üçlük”də qərarlaşıb.

Xəbər 701 dəfə oxundu.