Neftçinin onlayn-fanşopu ilk alıcısını sevindirdi
"Neftçi”nin onlayn-fanşopunun ilk alıcısı paytaxt klubunun Elvin Məmmədov adlı azarkeşi olub. Klubun rəsmi səhifəsindəki onlayn-fanşop bölməsindən 2010/11 illər mövsümünün formasını sifariş etmiş azarkeşə forma ən qısa müddətdə çatdırılıb.

"Neftçi”nin onlayn-fanşopunun ilk alıcısına formanı klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə şəxsən təqdim etdi.

Elvin Məmmədov öz seçimini etdi və onlayn-fanşopun ilk alıcısı oldu. Siz də sevimli komandanızın formasını asanlıqla əldə edə bilərsiniz. Bunun üçün onlayn-fanşop bölməsinə daxil olub, istədiyiniz məhsulu plastik kart vasitəsilə sifariş edə bilərsiniz.

Aldığınız məhsul ən qısa zamanda sizə ən uyğun vaxtda və məkanda çatdırılacaq.

Xəbər 729 dəfə oxundu.