Təbriz klubu çempionluğa iddialıdır
Futbol üzrə İran çempionatında 24-cü tura start verilib.

Çempionatın son beş turunda məğlub olmayan Təbrizin “Traktorsazi” klubu səfərdə “Saypa” ilə qarşılaşıb. Görüş “qırmızı qurdlar”ın minimal hesablı qələbəsi ilə nəticələnib – 1:0. Bu oyundan sonra hesabındakı xalların sayını 38-ə çatdıran Təbriz klubu beşinci pillədə qərarlaşıb.

Bununla da “Traktorsazi” turnir cədvəlinin lideri olan Tehranın “İstiqlal” komandası ilə xal fərqini 5-ə endirib. Asiya Çempionlar Liqasının qrup mərhələsində də uğurlu çıxış edən Təbriz təmsilçisi hər il olduğu kimi, bu mövsüm də ölkə birinciliyinə iddialidir.

Xəbər 704 dəfə oxundu.