U-19-dan mövsümün rekordu
AFFA-nın aşağı yaş qrupundan olan komandaların arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib.U-19 Liqada XVIII tur yeni rekordla əlamətdar olub. Səfərdə “Rəvan”la qarşılaşan “Qəbələ” 13:0 hesabı ilə qalib gəlib. Rəqib ötən mövsüm bu yaş qrupu üzrə ölkə çempionu olsa da, “qırmızı-qaralar” liqada mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz “Qəbələ”yə məxsus idi. Komandamız AZAL-a 7 cavabsız qol vurmuşdu. 16 oyunda 43 xal toplayan U-19 yarışın vahid lideridir.

Səfərdə keçirdiyi son turda “Neftçi” İK İB-i 5:1 hesabı ilə məğlub edən U-16 komandamız da eyni rekordun sahibidir. “Qırmızı-qaralar” hələ ötən tur evdə AZAL-ı 13:0 yenmişdi. U-19 kimi U-16-nın da 13 cavabsız qolla qələbəsi mövsümün rekordudur. I turda “Kəpəz”i 12:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” özünün rekordunu yeniləyib. Keçirdiyi 24 matçın hamısında qalib gələn “Qəbələ” artıq çempionluğu indidən təmin edə bilər. Bunun üçün ya komandamız növbəti turda qalib gəlməli, ya da liderə çatmaq imkanı olan “Əlincə” təxirə salınmış oyunlarından birində uduzmalıdır.

U-17 XXIII turda “Turan”İB ilə qarşılaşıb. 5 cavabsız qolla qalib gələn “Qəbələ” xal hesabını 53-ə çatdırıb. Komandamız 2-ci pillədə qərarlaşsa da, liderdən 2 oyun az keçirdiyindən liqanın potensial lideridir.

Son turda “İnter”i 3:0 hesabı ilə məğlub edən U-15 komandamız da çempionluğu təmin etməyə çox yaxındır. 29 turdan sonra 85 xala malik komandamız 1-ci yeri növbəti matçda rəsmiləşdirə bilər.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Vətən” RİOEUG ilə heç-heçə edib – 2:2. 18 oyunda 37 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Eyni zonada çıxış edən U-13 “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. 16 oyunda 33 xal toplayan komandamız 2-ci pillədəki mövqeyini qoruyub.


Xəbər 693 dəfə oxundu.