İndoneziya portalı Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışı haqda məqalə yayıb
İndoneziyanın www.otosia.com xəbər portalında “Azərbaycan ən sürətli yol yarışını qəbul edəcək!” adlı məqalə yerləşdirilib.

Məlumat üçün bildirək ki, həmin internet portalı bu sahə üzrə ölkədə ən qabaqcıl kütləvi informasiya vasitələrindən biridir və 10 milyona yaxın avtomobil həvəskarı bu səhifəni izləyir.

İnternet portalı “Formula-1”in tanınmış dairə dizayneri Hermann Tilkeyə istinadla Bakıda keçiriləcək yarışın yol dairəsinin bu növ şəhərdaxili dairələr arasında qeyri-adi və ən sürətlisi olduğuna diqqət çəkir. Bildirir ki, həmin dairə şəhərin tarixi mərkəzində yerləşir və bu, izləyicilər üçün məxsusi mühit təşkil edəcək. Bu kimi əlamətləri də nəzərə alsaq “Bakı dairəsi” həm “Formula-1” pilotları, həm də izləyicilər üçün nadir məkan olacaq.

Xəbər 537 dəfə oxundu.