Qadın güləşçilərin mübarizəsi davam edir
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb.

Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib.

Yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulur. Azərbaycan güləşçiləri 2 çəkidə təmsil olunur.

53 kq
1/8 final - Leyla Qurbanova - Simona Pricob (ROU)

58 kq
1/4 final - Ekaterina Rusu (MDA) - Alyona Kolesnik

Xəbər 692 dəfə oxundu.