Xəzər rayonu məktəbliləri arasında “Şahin” hərbi–idman oyununun final mərhələsinin qalibləri məlum olub
Xəzər Rayon Gənclər və İdman İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə 230 nömrəli tam orta məktəbin idman bazasında rayon məktəbliləri arasında “Şahin” hərbi–idman oyununun final mərhələsini keçirib.

Yarış böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi daşıyıb.

Final mərhələsində Müdafiə və Fövqəladə Hallar nazirliklərinin zabitlərindən ibarət hakimlər iştirak edib.

Yarışın yekunlarına görə birinci yeri 92 nömrəli, ikinci yeri 206 nömrəli, üçüncü yeri isə 149 nömrəli tam orta məktəblərin komandaları tutub.

Qaliblərə kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 773 dəfə oxundu.