Kikboksinq üzrə açıq Binəqədi birinciliyinin qalibləri müəyyənləşib
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kikboksinq üzrə açıq Binəqədi birinciliyi keçirilib.

Birincilikdə, ümumilikdə, 8 komandanın tərkibində 85 idmançı iştirak edib.

Yarışın nəticəsinə görə, “Cənub” idman klubunun idmançıları birinci yeri tutublar. “Yardımlı-Viləş” klubu ikinci, “Neftçi”nin kikboksçuları isə üçüncü olublar.

Mükafatçılara Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

Xəbər 1545 dəfə oxundu.