Qəbələ İnterlə oyuna itki ilə çıxacaq
"Qəbələ" Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı "İnter"lə oyuna itkilərlə çıxacaq. Müdafiəçi Ürfan Abbasovla hücumçu Ermin Zets qarşıdakı oyunu sarı vərəqə limitini aşdığına görə buraxmalı olacaq.

Qeyd edək ki, "Qəbələ" - "İnter" matçı aprelin 3-də keçiriləcək və saat 19:00-da start götürəcək.

Xəbər 698 dəfə oxundu.