“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub
Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub.

Bu, Topaz Premyer Liqasının XXVII turunun “Rəvan”la ev oyununa təsadüf edib. Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın ikinci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.

Ağdamlıların 900-cü qolunu da M.Muarem vurmuşdu. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub. İlk qolunu 1992-ci ildə Sabirabadın “İnşaatçı” klubunun qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbə ilə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.

Xəbər 693 dəfə oxundu.