Şahmat üzrə respublika çempionatının qalibləri müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası və Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə şahmat üzrə respublika çempionatı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının şahmat–dama klubunda keçirilən yarışda tələbələr mübarizə aparıblar. Çempionatda qadınlar və kişilər 15 komanda ilə təmsil olunub.

Yarışda fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qalxıb. İkinci yeri Azərbaycan Tibb Universiteti, üçüncü yeri isə Milli Aviasiya Akademiyasının təmsilçiləri tutublar.

Xəbər 843 dəfə oxundu.