Xantı-Mansiysk 2020-ci ildə Dünya Şahmat Olimpiadasına ev sahibliyi etmək istəyir
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Rusiyadakı nümayəndəliyinin direktoru Berik Balqabayev bildirib ki, Xantı-Mansiysk 2020-ci ildə Dünya Şahmat Olimpiadasının, 2018-ci ildə qadınlar arasında nokaut-sistem üzrə dünya çempionatının və 2019-cu ildə kişilər arasında Dünya Kuboku yarışlarının keçirilməsi üçün FIDE-yə rəsmi müraciətlər təqdim edib.

Moskvada FIDE-nin Prezident Şurasının kişi şahmatçılar arasında iddiaçılar turnirinin keçirilməsinə həsr edilmiş iclası olub.

B.Balqabayev deyib: “Bu gün Moskvada FIDE-nin Prezident Şurasının iclasında Xantı-Mansiysk nümayəndələri 2018-ci ildə qadınlar arasında nokaut-sistem üzrə dünya çempionatının, 2019-cu ildə kişilər arasında Dünya Kuboku yarışlarının və 2020-ci ildə 44-cü Dünya Şahmat Olimpiadasının keçirilməsi üçün rəsmi müraciətlər təqdim etdilər. Bu barədə qərarı FIDE-nin 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək Baş Assambleyası təsdiq etməlidir. Digər mümkün namizədlərin müraciətləri 2016-cı il martın 31-dək qəbul ediləcək”.

Xatırladaq ki, Dünya Şahmat Olimpiadası 2010-cu ildə də Xantı-Mansiyskdə keçirilib.

Xəbər 710 dəfə oxundu.