Bakıda təşkil olunacaq U-17 Avropa çempionatının 12 iştirakçısı müəyyənləşib
Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq 12 komanda müəyyənləşib.

Müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının təşkilatçı ölkənin təmsilçisi qismində çıxış edəcəyi turnirə hazırda Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka və Serbiya yığmaları vəsiqə qazanıb.

Turnirdə 16 komanda iştirak edəcək.

Xəbər 919 dəfə oxundu.