Voleybol üzrə Azərbaycan Super Liqası yarışlarının finalçıları müəyyənləşib
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının finalçıları müəyyənləşib.

Bakı İdman Sarayında “Azəryol” və “Azərreyl” komandaları arasında üçüncü yarımfinal oyunu təşkil olunub. Belə ki, əvvəlki iki görüşdə komandalar hərəyə bir dəfə qələbə qazandığı üçün finala vəsiqə qazanan komanda üçüncü oyunda bəlli olub.

Üçüncü oyunda “Azərreyl” komandası rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda “Azərreyl” komandası “Telekom” ilə qarşılaşacaq. Üçüncü yer uğrunda isə “Azəryol” klubu “Lokomotiv” ilə üz-üzə gələcək.


Xəbər 727 dəfə oxundu.