Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib
Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Xəzər Lənkəran"ı qəbul edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komanda 2:1 hesabı ilə qələbə qazanıb.

Qalib komandanın baş məşqçisi Samir Abasov oyunu şərh edərkən deyib: "Rəqibimiz yaxşı oynadı. Elbrus Mәmmәdov gənc futbolçulardan yaxşı komanda qurub. Özümüzә gәlincә, bәxtimiz gәtirdi. Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanın bu qәdәr sәhv etmәsinə səbəb oldu".

Xəbər 742 dəfə oxundu.